Hindistan hökuməti Cammu və Kəşmirdə G20 sammitindən əvvəl kütləvi həbs kampaniyasına başlayıb.
Hafta.az-ın MepaNews-a istinadən yazdığına görə, yerli mənbələr Hindistan qüvvələrinin Kəşmirdə 4-8 min arasında Kəşmirlini saxladığını deyiblər. Hindistan əsgərlərinin xüsusilə gecə saatlarında Kəşmirlilərin evlərinə basqın etdiyi bildirilir.
Maraqlıdır ki, minlərlə kəşmirlinin saxlanması bu yaxınlarda Xalq Antifaşist Cəbhəsi tərəfindən 5 hind əsgərinin öldürülməsindən sonra baş verib.
Hindistan administrasiyası həmçinin hücumdan dərhal sonra Kəşmirdə təxminən 5 min hindusu silahlandıracağını açıqlayıb. Kəşmirli müsəlman kəndlilər hinduların silahlı milisə çevrilməsinin Kəşmirdə davam edən repressiyaları daha da artıracağını düşünürlər.
Mənbələr bildirir ki, hakim BJP administrasiyası G20 sammitindən əvvəl kəşmirliləri həbs etməklə işğal əleyhdarı fəalların və mülki vətəndaşların tənqidlərini yatırtmaq məqsədi daşıyır.